Üçqat dünya çempionu həbs olundu

17:50 - 4 Yanvar 2025

Üçqat dünya çempionu həbs olundu

Üçqat dünya çempionu və 2020 Tokio Olimpiadasında 100 metr məsafəyə qaçışda gümüş medal qazanan sprinter Fred Kerli Cənubi Florida polisi ilə mübahisə zamanı həbs edilib.

 

Manset.az xəbər verr ki, idmançının davranışı ucbatından polis elektroşokerdən istifadə etməyə məcbur olub.

29 yaşlı Kerli məmurlarla yaxınlıqda park etdiyi avtomobili haqqında danışırmış. Mayami polisinin bəyanatına görə, idmançının davranışı getdikcə aqressivləşib. Kerlidən “ərazini tərk etməsi tələb olunduqdan” sonra o bununla razılaşmayıb. Polislər Kerlini həbs etməyə cəhd edərkən, o, müqavimət göstərib.

Qeyd edək ki, Kerli həbs olunarkən tanınmış idmançı olduğunu qeyd etməyib.

 

 


Xəbər xətti

6 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin