Azər Baxşəliyevin ölüm səbəbi böyrək çatışmazlığı deyilmiş: ƏSL SƏBƏB - VİDEO
6 Yanvar 2025
17:30 - 4 Yanvar 2025
Suriyada Bəşər Əsəd rejiminin devrildikdən sonra 8 dekabrda bağlanan və 18 dekabrda ilk daxili reysi həyata keçirən Dəməşq Beynəlxalq Hava Limanı beynəlxalq reyslərə hazırlaşır.
Manset.az xəbər veriri ki, bu barədə Suriya Mülki Aviasiya Qurumunun rəhbəri Əşhad Əl Salibi hava limanında beynəlxalq uçuşların 7 yanvar, çərşənbə axşamı günü yenidən başlayacağını açıqlayıb.
“Çərşənbə axşamı günündən etibarən Dəməşq Beynəlxalq Hava Limanında beynəlxalq uçuşları qəbul edəcəyimizi və hava limanından beynəlxalq uçuşlar həyata keçirəcəyimizi elan edirik. Tərəfdaşlarımızın köməyi ilə Hələb və Şam hava limanlarını tamamilə yeniləmə prosesində olduğumuzu və beləliklə, dünyanın hər yerindən uçuş qəbul edə biləcəklərini ərəb və beynəlxalq hava yollarına bildiririk,” – deyə o qeyd edib.
Qeyd edək ki, Qətər də 7 yanvarda Suriyaya uçuşlara başlayacağını açıqlamışdı. Belə ki, "Qatar Airways" ötən cümə axşamı, təxminən 13 ildən sonra Dəməşqə uçuşlarını bərpa edəcəyini və 7 yanvar çərşənbə axşamından etibarən həftədə 3 reys həyata keçirəcəyini elan edib. Qətər Dəməşq Hava Limanında əməliyyatların yenidən başlanması üçün yardım təklif edib. Əsəd rejimi devrildikdən sonra Qətər Türkiyədən sonra Suriyanın paytaxtında səfirliyini yenidən açan ikinci ölkə olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin