“Qara qutu”ların dekodlanmasına başlanıldı

11:40 - 4 Yanvar 2025

“Qara qutu”ların dekodlanmasına başlanıldı

Braziliya Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş registratorlarını deşifrə etməyə başlayıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.

“Çıxarılan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - məlumatda deyilir.

Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssisləri “qara qutu”lardakı məlumatları təhlil edəcəklər.

Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 


Xəbər xətti

6 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin