Ferdi Tayfurun vəsiyyəti açıqlandı - Hamısını xalqa bağışladı

01:00 - 4 Yanvar 2025

Ferdi Tayfurun vəsiyyəti açıqlandı - Hamısını xalqa bağışladı

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış sənətçisi Ferdi Tayfur 79 yaşında dünyasını dəyişib. 


Manset.az xəbər verir ki, vəfat edən türkiyəli müğənninin vəsiyyəti üzə çıxıb.

Məlumata görə, ustad sənətçi öldükdən sonra mahnılarından heç bir müəlliflik haqqı alınmaması ilə bağlı vəsiyyət edib:

"Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım".

Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin