Türkiyənin Balıkəsir vilayətinin Kepsut rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 2 nəfər həyatını itirib, 2-si ağır olmaqla 18 nəfər yaralanıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, yaralılar 112 qrupları tərəfindən xəstəxanaya aparılıblar, qəza səbəbi ilə yol nəqliyyat üçün bağlanıb.
Jandarma qruplarının işinin ardından yol nəqliyyata açılıb və qəza ilə əlaqədar araşdırma başladılıb.