Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
5 Yanvar 2025
19:30 - 3 Yanvar 2025
Zimbabvenin paytaxtı Harare ətrafında 60 nəfər vəba epidemiyasına yoluxub, azı bir nəfər ölüb.
Manset.az Report -a istinadən xəbər verir ki, bu barədə “The Herald” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Xəstəliyin yayılması Hararenin şimalındakı Mazue kəndində qeydə alınıb. Səbəb yeganə artezian quyusundan suyun təmizlənməməsi və kanalizasiya sularının ətrafa dağılmasıdır. Səlahiyyətlilər yerli əhali arasında profilaktik işlər aparır. Yoluxanlara yardım göstərilməsi və şəxsi gigiyena qaydalarının təbliği üçün müvəqqəti mərkəz yaradılıb.
Əhalinin təhlükəsiz içməli su ilə təmin edilməsi məsələsi öz həllini tapır.
Qeyd edək ki, 2023-cü ildə də vəba epidemiyası Cənubi Afrika İnkişaf Birliyinin (SADC) bir neçə ölkəsində, xüsusilə Zambiya, Zimbabve, Malavi, Mozambik və Tanzaniyada qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin