ABŞ-də hücum həyata keçirən şəxs İŞİD üzvü imiş

01:00 - 3 Yanvar 2025

ABŞ-də hücum həyata keçirən şəxs İŞİD üzvü imiş

ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib.

"Nyu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib.

Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin