Azər Baxşəliyev süni tənəffüs aparatına qoşuldu - YENİLƏNİB

18:41 - 2 Yanvar 2025

Azər Baxşəliyev süni tənəffüs aparatına qoşuldu - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyevin ölüm xəbəri yayılıb.



Manset.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

“Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”, - deyə o əlavə edib.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.

***

15:28

Aktyor Azər Baxşəliyev vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, böyrək xəstəliyindən əziyyət çəkən aktyor səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Azər Baxşəliyev bu yaxınlarda əməliyyat olunmuşdu.

 Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.

Azər Baxşəliyev ailəli idi, onun bir qızı var. 

 

 



Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin