Bu kanalın yenidən qurulmasına 12,4 milyon ayrıldı

14:44 - 2 Yanvar 2025

Bu kanalın yenidən qurulmasına 12,4 milyon ayrıldı

Əlincəçaydan su götürən və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq.

 

Manset.az Trend.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq işlərini yekunlaşdırıb.

Agentlik sözügedən işlərin icrasını "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq, sözügedən su anbarının yenidən qurulması üçün agentlik şirkətə 12,4 milyon manat ödəyəcək.

Qeyd edək ki, kanalın yenidən qurulması işləri həvalə edilən şirkət - "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi İlqar Adgözəl oğlu Zeynalovdur.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin