Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
5 Yanvar 2025
10:16 - 2 Yanvar 2025
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.
Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərbabər gün” romanı əsasında "Manqurt" və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.
Hər iki əsərin pantomim janrında təqdim olunması emosional təsiri artıran qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında dərin izlər buraxıb, böyük maraqla qarşılanıb.
Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin