Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
4 Yanvar 2025
08:00 - 2 Yanvar 2025
İsveçrənin maliyyə naziri Karin Keller-Sutter ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.
Manset.az xəbər verir ki, onun səlahiyyət müddəti ilin sonunda başa çatır.
Dekabrın 11-də İsveçrə Federal Məclisi (Parlament) Keller-Sutterin 2025-ci ildə dövlət başçısı seçildiyini elan edib. Bu vəzifədə o, Konfederasiyanın müdafiə naziri Viola Amherdi əvəzləyib.
Keller-Satter 1963-cü ildə katolik ailəsində anadan olub. O, Sürix Tətbiqi Elmlər Universitetində tərcüməçi təhsili alıb, sonra Friborq Universitetində pedaqogika üzrə aspirantura kursunu bitirib. 1992-ci ildə siyasi fəaliyyətə başlamazdan əvvəl məktəb müəllimi işləyib.
"Financial Times" qəzeti yeni prezidenti 2023-cü ilin ən nüfuzlu 25 qadınından biri seçib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin