"Evsiz" ləqəbli kişinin evindən görün nələr çıxdı - VİDEO

20:59 - 1 Yanvar 2025

Türkiyənin İsparta vilayətində küçələrdə yaşadığı düşünülən və sosial mediada “evsiz” kimi tanınan 65 yaşlı Həmdi Vuralın üzə çıxan mal-mülkü hər kəsi şoka salıb.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, eyni zamanda mülk sahibi Həmdi Vuralın psixoloji problemləri olduğu açıqlanıb.

Ispartanın Yalvaç rayonunda bələdiyyəyə məxsus Mədəniyyət Mərkəzi İş Binasında yerə qoyduğu kartonlar üzərində yaşayan Vuralın əslində Kaşüstü Məhəlləsində iki mənzili var imiş.

Küçədə kartonların üzərində yatan Vurala bələdiyyə işçiləri zaman-zaman kömək edirmiş. Bələdiyyə işçiləri Vurala yemək verib, onu bələdiyyə hamamında yuyunmasını təmin ediblər. Daha sonra bərbərə aparılan Həmdi Vurala yeni paltar geyindirilib və şəhər mərkəzindəki otelə yerləşdirilib.

Lakin araşdırmalardan sonra real vəziyyət üzə çıxıb. Belə ki, Həmdi Vuralın biri kirayədə olmaqla iki mənzili var imiş. 
Kaşyüük məhəlləsində bir mənzili və Boncuk küçəsində kirayə gəliri olan ikinci mənzili. Vuralın öz evini zibilxanaya çevirdiyi də müəyyən edilib. Birinci mərtəbədə yerləşən mənzilin qapısına qədər zibil yığan Vuralın evinin halı bələdiyyə işçilərini dəhşətə gətirib.

Yalvaç bələdiyyəsi 13 nəfərlik qrupla həmin mənzildə təmizlik işləri aparıb.

3 qız atası olan Həmdi Vuralın qızlarının xaricdə yaşadığı açıqlanıb.


Xəbər xətti

4 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin