Avropada təbii qaz qiymətləri azaldı

19:50 - 1 Yanvar 2025

Avropada təbii qaz qiymətləri azaldı

Avropada orta qaz qiyməti 2024-cü ilin nəticələrinə görə 17% azalıb.

 

Manset.az TASS-a istinadən bildirir ki, bu, "London ICE" birjasının məlumatlarından bəlli olub.

Birjanın məlumatına görə, 2024-cü ilin sonunda qaz qiyməti 1000 kubmetr üçün 387 dollara düşüb. Bir il əvvəl qiymət 464 dollar, 2022-ci ildə isə 1400 dollar təşkil edib.

Bununla belə, 31 dekabr 2024-cü ildə ticarət təxminən 539 dollar səviyyəsində bağlanıb ki, bu da ötən ayın sonu ilə müqayisədə 3.5% çox və 2024-cü ilin sonu ilə müqayisədə 47% yüksəkdir.

2024-cü ilin son günlərində qiymət artımı Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması gözləntisi fonunda baş verib.


Xəbər xətti

4 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin