2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir
4 Yanvar 2025
18:33 - 1 Yanvar 2025
Cənubi Sendviç adaları ərazisində 6,0 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Manset.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə 17:48) Cənubi Georgiya və Cənubi Sendviç adaları akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların ocağı 78 km dərinlikdə yerləşib.
Təbii hadisədən sonra dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, sözügedən adalar qrupu Atlantik okeanın cənubunda, Amerika qitəsinin yaxınlığında yerləşir. Cənubi Corciya və Cənubi Sendviç adaları Birləşmiş Krallığın Argentina ilə mübahisə edilən Folklend adalarının asılı ərazisidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin