Bir ayda 7 zəlzələ - Azərbaycanı ciddi təhlükə gözləyir?

15:05 - 31 Dekabr 2024

Bir ayda 7 zəlzələ - Azərbaycanı ciddi təhlükə gözləyir?

Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Bu, son bir saatda baş verən ikinci zəlzələdir - daha əvvəl baş verən silkələnmə saat 06:40-da 17 kilometr dərinlikdə 3.5 bal gücündə qeydə alınıb. Ümumilikdə isə dekabr ayında dənizdə baş verən 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb. Bəs görəsən, Xəzərdə nə baş verir? Ardıcıl zəlzələlərin qeydə alınması normaldır, yoxsa ciddi təhlükənin carçısıdır?

 

Manset.az Oxu.az-a istinadla xəbər verir ki, mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin fikirləri öyrənilib.

O, prosesi belə izah edib:

"Bizdəki GPS vasitəsilə Yerin üst bərk qatı olan litosferdəki prosesləri izləyirik. Xəzərdə genişlənmə və sıxılma gedə bilər. Müəyyən müddətdə gərginlik toplanır, laylarda parçalanma olur. Bu parçalanma dalğa formasında yayılır. Xəzərdəki zəlzələ ocaqlarının müəyyən hissələri parçalanır, qalan hissəsində gərginlik hökm sürür. Yəni, bu, ağac deyil ki, qırılsın, bitsin. Əslində, dekabrda 15-ə yaxın xırda təkan olub. Biz beynəlxalq qaydalara əsasən, 3 bal gücündən yuxarı olan zəlzələləri veririk".

Baş direktor əlavə edib ki, bu təkanlar ona görə olur ki, enerji boşalması baş verir:

"Anidən güclü zəlzələ olsa, təhlükəlidir. Xırda təkanlarla enerjinin boşalmasının qorxusu yoxdur. 30-50 kilometr uzunluğunda zəlzələ böyük fəsadlara yola aça bilər. 3-5 kilometrlik təkanlarda isə narahatlıq yoxdur, gərginlik boşalır. Proses fon səviyyəsinə düşənə kimi davam edir.

Biz ayrılan və orada qalan enerjini hesablayırıq. Mən fala baxaraq "qorxmayın" demirəm".


Xəbər xətti

4 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin