Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

11:30 - 31 Dekabr 2024

Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

2024-cü il başa çatır. Yola saldığımız il üçün Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası məlum olub.

 

Manset.az xəbər verir ki, statistikaya əsasən, 2024-cü ildə doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına Zeynəb adı qoyulub.

Oğlan adları sırasında ilk “10-luq”da 1-ci erdə Uğur adı gəlir - bu ad 1832 uşağa verilib. Sonrakı yerləri Əli (1389), Hüseyn (1384), Yusif (1191), Raul (1110), Ömər (882), Murad (775), Məhəmməd (747), Ayxan (708) və Tunar (694)  tutur.

Bu il qız uşaqlarına ən çox Zeynəb adı verilib – 1261 nəfər.

İlk “10-luq”da qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: Məryəm (1244), Zəhra (1241), Aylin (1161), Melisa (1141), Nilay (1145), Ayla (1114), Fatimə (942), İnci (926), Mələk (898).
 
Son 5 il ərzində isə oğlan və qız uşaqlarına ən çox Uğur və Zəhra adları verilib. Belə ki, 5 il ərzində 9084 oğlan uşağına Uğur, 8299 qız uşağına isə Zəhra adı qoyulub.


Xəbər xətti

3 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin