İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
23 Noyabr 2024
00:55 - 27 İyun 2021
Türkiyənin Yalova şəhərində 12 yaşlı Həmzə Dağın həyatını xilas edən azərbaycanlı həkim Sərxan Həsənov ölkə gündəminə çevrilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan Həmzə ağır vəziyyətdə xəstəxanaya çağırılıb. Xəstəxanada ürəyi dayanan Dağı xilas etmək üçün S.Həsənov xərəyin üzərinə çıxaraq ona ürək masajı edib. Yenidən həyata qayıdan Həmzə əməliyyat edilib və bir həftəlik reanimasiyadan sonra bunu həkimləri ilə birlikdə qeyd edib.
"Təcili şəkildə xəstəxanamıza çatdırılan Həmzə Dağı görəndə artıq ürəyi dayanmışdı. Dərhal ürək masajına başladım. Xəstənin çox vaxtı yox idi, ona görə xərəyə çıxıb masaja başladım. Şükür ki, problem yaşanmadı. Bir həyatı xilas etdik və xoşbəxtik”, - deyə Həsənov bildirib.//sfera//
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin