"Prezident üçün millət və vətəndaş marağından üstün heç bir güc yoxdur" - Azay Quliyev

08:30 - 31 Dekabr 2024

"Prezident İlham Əliyevin dekabrın 29-da AZTV-yə təyyarə qəzası ilə bağlı verdiyi müsahibə bir daha onu göstərdi ki, dövlət başçısı üçün milli iradədən, millət və vətəndaş marağından üstün heç bir güc yoxdu və ola da bilməz!".


Manset.az xəbər verir ki, bunu Millət vəkili Azay Quliyev Prezidentin AzTV-yə verdiyi müsahibəsini şərh edərkən deyib.

"Müstəqil və güclü dövlət kimi hamı Azərbaycanla hesablaşmaı və onun maraqlarına hörmət etməlidir.
Rusiya cənab Prezidentin irəli sürdüyü legitim tələbləri yerinə yetirməlidir.

Dünyanın aparıcı mediya nümayəndələrinin dövlət başçısının verdiyi bəyanatı geniş işıqlandırması da bu gerçəkliyin bir hissəsidir.

Dövlətimizin və xalqımızın sarsılmaz birliyi və həmrəyliyi bu sınaqdan da şərəflə çıxmağımızı təmin etdi və edəcək" - deyə o, REAL TV-yə müsahibəsində qeyd edib.

Həmin müsahibəni təqdim edirik:


Xəbər xətti

3 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin