“Saakaşvili xüsusi məhbusdur” - Gürcüstan Prezidenti

23:41 - 17 Noyabr 2021

“Saakaşvili xüsusi məhbusdur” - Gürcüstan Prezidenti

"Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili xüsusi rəftar tələb edən xüsusi məhbusdur”.

Manşet.az xəbər verir ki, bunu Gürcütsan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinq zamanı deyib. 

"Qanun qarşısında hamı bərabərdir və buna uyğun olaraq sabiq prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb. O özü də bunu yaxşı başa düşürdü, amma ölkəyə qanunsuz gəlib. Qanun qarşısında hamı bərabərdir, lakin hökmün icrası zamanı və həbsdə olduğu müddətdə eks-prezident adi məhbus deyil və ola da bilməz. Saakaşvili xüsusi məhbusdur”, - deyə Zurabişvili bildirib. 

Onun sözlərinə görə, eks-prezidentə xüsusi rəftar tələb olunur, çünki nəticəni bütün beynəlxalq ictimaiyyət izləyir. 


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin