Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edildi
2 Yanvar 2025
13:37 - 30 Dekabr 2024
Dekabrın 25-də Aktau şəhərinin yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Manset.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, baş prokuror Kamran Əliyev hadisə baş verdiyi gündən etibarən Qazaxıstanın baş prokuroru Berik Asılov, Rusiyanın baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, eləcə də Braziliyanın baş prokuroru Paulu Qonetlə intensiv təmasda olub.
Habelə, hadisənin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan peşəkar müstəntiq və mütəxəssislərin iştirakı ilə hadisə yerində genişmiqyaslı istintaq hərəkətləri həyata keçirilib.
Qazaxıstanlı həmkarı Berik Asılovla müzakirələr zamanı Kamran Əliyev baş vermiş hadisəyə dair toplanmış sübutlara düzgün hüquqi qiymətin verilməsi ilə bağlı fikir mübadiləsi aparıb, hadisə yerinin müayinəsi, iş üzrə ilkin sübutların toplanması və əhəmiyyət kəsb edən digər halların araşdırılması, birgə zəruri istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi, eləcə də, hadisənin təfərrüatlarının tam müəyyən olunması üçün göstərilən hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.
Rusiyanın baş prokuroru İqor Krasnovla apardığı danışıq zamanı Kamran Əliyev Qroznı şəhərinə ezam olunmuş Azərbaycan prokurorluğunun əməkdaşlarına rusiyalı həmkarları tərəfindən lazımi dəstək göstərildiyini qeyd edərək cinayət işinin istintaqının aparılmasında səmərəli əməkdaşlığın və iş üzrə hər iki tərəfin topladığı sübutların mübadiləsinin zəruriliyini vurğulayıb.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin baş prokuror Kamran Əliyevə zəng edərək Rusiyada araşdırılan cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması məqsədilə peşəkar müstəntiq və kriminalistlərdən ibarət istintaq qrupunun yaradıldığını, təyyarənin qəzaya uğramasının kənar müdaxilə nəticəsində baş verməsi daxil olmaqla, hadisənin səbəb və şəraitinin hərtərəfli araşdırıldığını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi barədə məlumat verib.
İstintaqın gedişatı barədə Baş Prokurorluq tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin