Portuqaliya millisinin sabiq futbolçusu saxlanıldı

11:54 - 30 Dekabr 2024

Portuqaliya millisinin sabiq futbolçusu saxlanıldı

Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedu paytaxt Lissabonda saxlanılıb.

 

Manset.az "Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hor" klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zoraxılıqda şübhəli bilinərək tutulub.

Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruben Semedu 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedu girov müqabilində həbsxanadan azadlığa buraxılıb.


Xəbər xətti

2 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin