Baş nazirdən bu mərkəzlə bağlı QƏRAR

19:57 - 29 Dekabr 2024

Baş nazirdən bu mərkəzlə bağlı QƏRAR

Vergilər Nazirliyinin Tədris Mərkəzinin ştat vahidi artırılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla Tədris Mərkəzində ştat vahidlərinin sayı 30-dan 38-ə qədər artırılıb. Buraya 30 ştat vahidi vəzifəli şəxs və 8 ştat vahidi xidmət heyəti daxildir.

 

Bu Qərar 2025-ci il 1 yanvar tarixindən qüvvəyə minir.


Xəbər xətti

1 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin