Prezident təbrik məktubu göndərdi
1 Yanvar 2025
16:00 - 29 Dekabr 2024
Koreya Respublikasının hakimiyyəti Muan hava limanında “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin qara qutularını tapıb çıxarıb.
Manset.az xəbər verir ki, bu barədə “Yonhap News TV” kanalı Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
"Qara qutulara gəlincə, uçuş məlumatlarını qeydə alan cihaz və səs yazma qurğusu çıxarılıb", - nazirlikdən bildirilib.
Telekanal izah edib ki, birinci cihaz uçuş məlumatlarını, ikincisi isə pilot kabinəsindəki danışıqları qeydə alır.
İlkin məlumata görə, qəza quşlarla toqquşma nəticəsində şassinin nasazlığı səbəbindən baş verib. Təyyarə eniş etməyə cəhd göstərib. Şahidlər təyyarənin mühərrikində hələ havada ikən alov yarandığını deyirlər. Ekipaj təyyarəni füzelyaj üzərində oturtmağa cəhd göstərib, lakin təyyarə sürəti azalda bilməyib və uçuş-eniş zolağının sonundakı konstruksiyaya çırpılıb, nəticədə partlayış və yanğın baş verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin