Rəsmilər ekipaj üzvlərinin dəfnində - FOTO

13:34 - 29 Dekabr 2024

Rəsmilər ekipaj üzvlərinin dəfnində - FOTO

Aktaudakı təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi dəfn olunmaq üçün II Fəxri xiyabana gətirilib.

 

Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hökumət və dövlət rəsmiləri də dəfn mərasimində iştirak etmək üçün II Fəxri xiyabana gəliblər.

Onların arasında Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digərləri var.

Lentə alınan görüntüləri təqdim edirik:

 

 

 


Xəbər xətti

1 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin