Gürcüstanda güclü zəlzələ baş verib

17:31 - 28 Dekabr 2024

Gürcüstanda güclü zəlzələ baş verib

Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.

 

Manset.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.

Məlumata görə, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin