Elçin Quliyev keçmiş rəisi özünə müşavir təyin etdi
31 Dekabr 2024
16:51 - 28 Dekabr 2024
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Manset.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Məlumat verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan şəxslər TƏBİB-in tabeliyindəki "Yeni Klinika"ya hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib.
Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
1 nəfərin (qadın cinsli) vəziyyəti orta ağır, 1 nəfərin (kişi cinsli) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir",-deyə qurumdan əlavə edilib.
Qeyd edilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib. Üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (kişi cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin