"NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir"

16:25 - 28 Dekabr 2024

NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir.

 

Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Məlumata görə, Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib:

“İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi fəaliyyət davam etdirilib. 2024-cü il həmçinin Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30-cu ildönümü ilə əlamətdar olub və silsilə tədbirlər təşkil edilib”.



Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin