Putin İlham Əliyevdən üzr istədi
29 Dekabr 2024
16:15 - 28 Dekabr 2024
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
Bildirilib ki, İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələr ilə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunub, İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyimiz diqqətə çatdırılıb.
"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb. 25 ölkənin Xarici İşlər Nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib, bir neçə ölkə ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb", - deyə əlavə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin