Bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 75 min və ya 4 faiz artaraq 1 mln. 884 min 109-a çatıb.
Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Cari ilin 11 ayında əməkhaqqı fondunda daha 9 faiz artım qeydə alınıb.