Sağ qalan ekipaj üzvlərinə “Rəşadət” ordeni verildi
29 Dekabr 2024
14:45 - 28 Dekabr 2024
Almaniyanın xarici işlər naziri Annalena Berbok Finlandiya və Estoniya arasında “Estlink 2” kabelinin zədələnməsi ilə bağlı insidentdən sonra Rusiyaya qarşı yeni sanksiyalara çağırıb.
Manset.az xəbər verir ki, Annalena Berbok bunu “Funke” media qrupuna müsahibəsində deyib.
Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri mühüm infrastrukturun daha yaxşı qorunmasını və milli müdafiəyə investisiyaların artırılmasını istəyib. “Biz NATO-dakı tərəfdaşlarımızla Baltik dənizini hibrid təhlükələrdən daha yaxşı qorumalı olduğumuzu müzakirə edirik”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, “Estlink 2” elektrik ötürücü xətti dekabrın 25-də sıradan çıxıb. Helsinki kabelin Kuk adaları bayrağı altında üzən “Eagle S” gəmisinin lövbəri ilə zədələdiyindən şübhələnir. Finlandiyanın gömrük orqanları həmin gəminin Rusiyanın enerji resurslarının daşınmasında iştirak etdiyini bildirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin