Sağ qalan ekipaj üzvlərinə “Rəşadət” ordeni verildi
29 Dekabr 2024
13:35 - 28 Dekabr 2024
Bu il 30-a yaxın orta ixtisas təhsili müəssisəsində (kollec) monitorinqlər keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, monitorinqlər zamanı kolleclərdə tədris prosesinin təşkilində, eləcə də idarəetmədə müəyyən edilən nöqsanlar nəticəsində bir sıra kolleclərin rəhbər şəxsləri barədə müvafiq intizam tənbeh tədbirləri görülüb, 9 direktor və 8 direktor müavini ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib.
Bundan başqa, təqvim ilində 9 əlavə təhsil müəssisəsinə baxış keçirilib, onlardan 3-ü barədə müsbət, 4-ü barədə mənfi qərar qəbul edilib. 2 müəssisənin isə sənədləri hazırda baxılma mərhələsindədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin