Polşa onun Azərbaycana ekstradisiyasına razılıq verdi

13:22 - 28 Dekabr 2024

Polşa onun Azərbaycana ekstradisiyasına razılıq verdi

Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.


Bu barədə Manset.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Şəxs bu ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.

Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcək.

 


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin