Efiopiya prezidenti İlham Əliyevə başsağlığı verdi

12:13 - 28 Dekabr 2024

Efiopiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasie Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.

Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.

Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin