Putin İlham Əliyevdən üzr istədi
28 Dekabr 2024
01:30 - 28 Dekabr 2024
Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.
Manset.az xəbər verir ki, ifaçı türkiyəli həmkarlarının Aktauda qəzaya uğrayan AZAL-la bağlı paylaşım etməmələrini qınayıb.
O, "Türkiyədə zəlzələ, meşə yanğınları zamanı onların yanında olub acılarını bölüşdük. Ümumiyyətlə Türkiyədə hər hansı faciə yaşananda biganə qalmadıq. Çünki dost pis gündə tanınar. Amma instaqram izləyicilərimdən olan türklərin Azərbaycanla bağlı baş verən hadisəyə dair paylaşım etdiyini görmədim. Ayıb olsun" sözləri yazılan paylaşımı sosial media hesabında yayımlayaraq səsləndirilən fikirləri dəstəkləyib.
"Heç vaxt bununla bağlı mənə nəsə deyilməyib. Ürəkdən kədərinizi hiss etmişəm, acınız acımızdır. Sənətçi dostlarım haradasınız?" deyə, Günel türkiyəli sənətçilərə irad bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin