Quterreş təyyarəmizin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir

21:58 - 27 Dekabr 2024

Quterreş təyyarəmizin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir

BMT Baş katibi Antonio Quterreş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir.

 

Manset.az xəbər verir ki, bunu  "Report"un  ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Florencia Soto Nino bildirib.

O, qeyd edib ki, Baş katib faciəvi təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır: “Biz Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində faciəli hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başladığını qeyd edirik. Nəticəni gözləyərkən Baş katib bir daha qurbanların ailələrinə və zərər çəkmiş xalqlara dərin hüznlə başsağlığı və başsağlığı verir”, - sözçü bildirib.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin