İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu - YENİLƏNİB
28 Dekabr 2024
21:04 - 27 Dekabr 2024
Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin dekabrın 27-də MDB-yə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.
Manset.az Report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı səfir Əlimirzəmin Əskərov təmsil edib.
Görüşün əsas mövzusu 2024-cü ildə əməkdaşlığın yekunları və qarşıdakı dövr üçün planlar olub.
Nazir MDB ölkələri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bildirib. S.Muhriddin vurğulayıb ki, bu,Tacikistanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Tərəflər, həmçinin MDB çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı və mədəni əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin