MEDİA nəticələri açıqladı - Qaliblər arasında Manset.az da var
28 Dekabr 2024
19:51 - 27 Dekabr 2024
Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 55 milyon avro ayırıb.
Manset.az xəbər verir, bu barədə Avropa İttifaqının (Aİ) Ukraynadakı Nümayəndəliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın Bərpası Proqramı çərçivəsində 2025-ci ildə və ondan sonrakı illərdə xəstəxanaların, sosial mənzillərin, təhsil müəssisələrinin, istilik, su və tullantı sistemlərinin və digər mühüm sosial infrastrukturların yenidən qurulması üçün 55 milyon avro vəsait ayırıb.
Qeyd edilib ki, bu maliyyə vəsaiti AİB-nin Ukrayna Bərpa Paketi çərçivəsində Avropa Komissiyası ilə yaxın əməkdaşlıqda hazırlanan Ukraynaya dəstək paketinin bir hissəsidir və Avropa İttifaqının Ukraynanın bərpasına dayanıqlı dəstəyini vurğulayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin