ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırdı

19:31 - 27 Dekabr 2024

ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırdı

Ukrayna ABŞ və Dünya Bankından “PEACE in Ukraine” investisiya layihəsi çərçivəsində 485 milyon dollar alıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.

"Bu məbləğin 465 milyon dollarını Birləşmiş Ştatlar USAID vasitəsilə ayırıb. Daha 20 milyon dollar isə Dünya Bankından daxil olub", - Baş nazir qeyd edib.

Cəlb edilmiş vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin