Metil spirtinin ixracı ölkəmizə bu qədər gəlir gətirib

19:06 - 27 Dekabr 2024

Metil spirtinin ixracı ölkəmizə bu qədər gəlir gətirib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 94,9 milyon ABŞ dolları dəyərində 441 min ton metanol (metil spirti) ixrac edib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,5 milyon ABŞ dolları (16,6%) çox, həcm baxımından isə 9 035 ton (2%) azdır.

11 ayda metanol (metil spirti) ixracı ölkənin ümumi ixracının 0,39%-ni təşkil edib.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin