Nazirlik əhaliyə müraciət etdi
28 Dekabr 2024
18:16 - 27 Dekabr 2024
"Təyyarədə oksigen balonunun partlaması iddiası Rostovdakı dispetçer tərəfindən irəli sürülüb"
Manset.az Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan rəsmilərinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
"Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, - o deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin