İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu
28 Dekabr 2024
17:30 - 27 Dekabr 2024
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, məsələ parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Toponimiya Komissiyasının yeni tərkibi aşağıdakı kimi olacaq:
Akimova Elnarə Seydulla qızı Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru;
Cəfərov Nizami Qulu oğlu Azərbaycan Atatürk Mərkəzinin müdiri, akademik;
Ələkbərov Əziz Yusif oğlu Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;
Həbibbəyli İsa Əkbər oğlu AMEA-nın prezidenti, akademik;
Hüseynova Mahirə Nağı qızı Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru;
İsgəndərov Anar Camal oğlu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor;
İsmayılov Elçin Mirhüseyin oğlu AMEA-nınNəsimi adına Dilçilik İnstitutunun Toponomika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;
Quliyev Musa İsa oğlu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru;
Məmmədov Hikmət Baba oğlu Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor;
Nağısoylu Möhsün Zellabdin oğlu AMEA-nın müşaviri, akademik;
Rüstəmxanlı Sabir Xudu oğlu Xalq şairi, filologiya üzrə elmlər namizədi;
İsgəndərov Cavid Nizami oğlu Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri;
Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə həvalə olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin