Rusiya baş verən qəza ilə bağlı kömək təklif etdi - RƏSMİ

16:15 - 27 Dekabr 2024

Rusiya baş verən qəza ilə bağlı kömək təklif etdi - RƏSMİ

Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov jurnalistlərə bildirib ki, Rusiya dərhal Qazaxıstan və Azərbaycana Aktau vilayətində təyyarənin qəzaya uğraması səbəblərinin təhqiqatına kömək etməyə hazır olduğunu bildirib.

 

Manset.az bu barədə TASS-a istinadən xəbər verir.

“Aktau yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin təhqiqatında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib. Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır”, - o qeyd edib.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin