Türkiyə qəzanı araşdırmaq üçün Azərbaycana 8 nəfərdən ibarət heyət göndərir
28 Dekabr 2024
15:25 - 27 Dekabr 2024
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqda kansler Olaf Şoltsa etimadsızlıq səsverməsindən sonra parlamenti buraxmaq qərarına gəlib və fevralın 23-nə növbədənkənar seçkilər təyin edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bu gün mən 20-ci Bundestaqı buraxmaq və gələn il fevralın 23-nə yeni seçkilər təyin etmək qərarına gəldim”, o, Berlində mətbuat konfransında deyib.
Ştaynmayer qeyd edib ki, o, qərar qəbul etməzdən əvvəl Bundestaqda təmsil olunan bütün partiyaların fraksiya rəhbərləri ilə məsləhətləşib və belə nəticəyə gəlib ki, nə indiki, nə də yeni hökumət heç bir tərkibdə indiki parlamentdə səs çoxluğu əldə etməyəcək.
"Ona görə də mən əminəm ki, ölkəmizin rifahı naminə indi yeni seçkilər düzgün yoldur", - Almaniya Prezidenti bildirib.
O xatırladıb ki, Almaniyanın Əsas Qanununa əsasən, deputatlar Bundestaqın təsis iclasının yeni çağırışına qədər öz işini davam etdirəcəklər. Eyni şəkildə, hökumət üzvləri yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini yerinə yetirəcəklər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin