Няня Кудрявцевой после скандала поведала ВСЕ
Этого числа всем россиянам надо оставить дома

Döyüşlərlə bağlı Zakir Həsənovdan şok açıqlama: 'Bir neçə gün sonra ermənilər tam mühasirəyə düşəcəkdilər, ancaq...'' — VİDEO

23:27 - 26 İyun 2021

Döyüşlərlə bağlı Zakir Həsənovdan şok açıqlama: 'Bir neçə gün sonra ermənilər tam mühasirəyə düşəcəkdilər, ancaq...'' — VİDEO

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyini göstərir".

Manset.az  xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində Ağdam əməliyyatından danışarkən deyib.

O bildirib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu əsas zərbə istiqamətini ayrı yerə yönəldib və planları dəyişdidirib:

“Döyüşlər, düzgün planlaşdırma nəticəsində biz müharibə vaxtı gücümüzün bir qismi ilə Ermənistan ordusunun Ağdam istiqmətində yerləşən qüvvələrini blokladıq. Yəni biz elə şərait yaratdıq ki, onlar hərəkət edə bilmədilər, hansısa qoşun orada onlara köməyə gələ bilmədi. Hətta biz Şuşa əməliyyatı keçirəndə onlar artıq oraya dəstəyə gələ bilmədilər. Bizim əməliyyatımız nəticəsində həm Suqovuşan, həm də Xocavənd istiqamətində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü”.

Nazir daha sonra bildirib:

“Ermənilər də bunu yaxşı bilirlər. Artıq ermənilərə ruslar izah etdilər ki, onları nə gözləyir. Praktiki olaraq ermənilər artıq mühasirədə idilər, bir neçə gün sonra isə tam olaraq mühasirəyə düşəcəkdilər. Mən tapşırıq vermişdim, biz bütün toplarımızı o ətrafa cəmləşdirirdik. Bir neçə gün sonra hücum olmayacaqdı. Praktiki olaraq bütün o ərazi artilleriyadan şumlanacaqdı. Oradan bir nəfər də salamat çıxmayacaqdı. Ona görə də bunu başa düşüb, kapitulyasiyaya qol çəkdilər”.

Müsahibənin tam versiyasını təqdim edirik:


Xəbər xətti

3 Mart 2025
Няня Кудрявцевой после скандала поведала ВСЕ
Этого числа всем россиянам надо оставить дома
В России многие останутся без Ватсапа: причина
Украина сообщила о новостях в отношениях США
Матери позвонили из школы и она сразу же поняла, что всез плохо
Почему в Рязани мужчина расстрелял охранников магазина
«Я не заметила, поэтому его переехала»: УЖАС
Семья Светличной раскрыла правду о пропавших деньгах
ГАИ России будет искать этих людей на лишение прав
У замруководителя "Роснано" обнаружили этот документ: СМИ

Ən son xəbərləri səhifəmizdən də izləyin