Türkiyə qəzanı araşdırmaq üçün Azərbaycana 8 nəfərdən ibarət heyət göndərir
28 Dekabr 2024
13:13 - 27 Dekabr 2024
Gələn il yaşayış minimumunun həddi 285 manat götürüləcək.
Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
Yaşayış minimumu 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.
2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin