Qəzadan sonra pilot sağ olub: “Onunla 38 saniyə danışdıq”
27 Dekabr 2024
23:36 - 26 Dekabr 2024
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
"Cənab Prezident.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin