"TikToker" İlhamə Elşadqızı ağır ittihamla həbs edildi
27 Dekabr 2024
19:45 - 26 Dekabr 2024
Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistan nümayəndə heyətinin növbəti görüşdə iştirak formatı ilə bağlı mübahisə ediblər.
Manset.az TASS-a istinadən xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında distant formatda iştirak edəcəyini bildirməsindən sonra başlayıb.
“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətinizi biz gətirərik”, - Lukaşenko bildirib.
Paşinyan buna cavab olaraq deyib ki, bu barədə artıq bəyanatla çıxış edib və o, qüvvədədir.
"Hesab edirəm ki, bu, məsələləri müzakirə etmək üçün düzgün format deyil. Siz bu məsələyə toxundunuz və mən dərhal reaksiya verməli idim ki, heç bir anlaşılmazlıq olmasın", - o əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin