Pilot niyə Bakını yox, Aktaunu seçib?
27 Dekabr 2024
19:35 - 26 Dekabr 2024
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.
“İki qara qutu aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra onlara baxış keçiriləcək”, - o deyib.
Ordabayev həmçinin təyyarənin qəzaya uğradığı yerdə görülən işlərdən də danışıb.
“Zərərçəkmişləri və hava xidməti işçilərini dindirdik. Həmçinin bütün hadisə şahidlərini müəyyənləşdiririk. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış tamamlanma mərhələsindədir. Ərazi polis qüvvələri tərəfindən qorunur”, - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin