Ermənistan Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etməyəcək

18:04 - 26 Dekabr 2024

Ermənistan Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etməyəcək

Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin