Dünya liderləri İlham Əliyevə başsağlığı verirlər

23:46 - 26 Dekabr 2024

Dünya liderləri İlham Əliyevə başsağlığı verirlər

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Manset.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Dekabrın 25-də "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.

Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik".

***

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Manset.az-ın məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Slovakiya vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".

***

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.

Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".

***

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Manset.az xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, Küveyt əmiri ölənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

***

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
 

Manset.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

***

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Manset.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.

Allah Sizi və xalqınızı qorusun".

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Manset.az xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.

İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.

İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.

Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram".

***

Dekabrın 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə Aktauda AZAL-a məxsus təyyarənin qəzası səbəbindən çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.

 

Manset.az- ın məlumatına görə, başsağlığında deyilir:

“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.

Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".

 

Əlcəzair Prezidenti Əbdelmacid Tebbun Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və yaralananlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

 

Manset.az xəbər verir ki, bu barədə Əlcəzair Mətbuat Xidməti bildirib.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması və nəticədə həlak olanların və yaralananların olması xəbərini dərin kədər və hüznlə qarşıladım”, – Afrika ölkəsinin lideri qeyd edib.

“Dost Azərbaycan xalqının üzləşdiyi bu faciə ilə əlaqədar Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə səmimi başsağlığı verir, dərin hüznümü bildirir və yaralılara tezliklə şəfa diləyirəm”, – ölkə başçısı əlavə edib.

Azərbaycan Prezidentinə “Əlcəzairin bu çətin məqamda ölkəsi ilə həmrəy olduğunu” bildirən Tebbun “Azərbaycan xalqının bu ağrılı sınaqdan çıxa biləcəyinə əmin olduğunu” ifadə edib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin